...

Efiopiyada iğtişaşların təşkilində şübhəli bilinən fransalı jurnalist saxlanıldı

Dünya xəbərləri Materials 26 Fevral 2024 16:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransalı jurnalist Antuan Qalindo fevralın 22-də Efiopiyada saxlanılıb.

Trend xəbər verir ki, bu barədə "France-Presse" (AFP) agentliyi məlumat yayıb.

Bildirilib ki, “Africa Intelligence” nəşrinin əməkdaşı Antuan Qalindo Efiopiyada xaos yaratmaqda ittiham olunur.

Afrika İttifaqının sammitini işıqlandırmaq üçün fevralın 13-də Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə gələn jurnalist Oromiya əyalətinə daha çox muxtariyyət tələb edən müxalif partiyanın nümayəndəsi ilə görüş zamanı həbs edilib.

Xəbər lenti

Xəbər lenti