...

Astana aerportunda yanğın reyslərin gecikməsinə səbəb olub

Dünya xəbərləri Materials 27 Fevral 2024 14:39 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanda Astana Beynəlxalq Hava Limanında bu gün səhər baş verən yanğın yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.

Trend hava limanına istinadən xəbər verir ki, yanğın söndürülən zaman güclü tüstü səbəbindən aerport terminalının bütün sərnişinləri təhlükəsiz yerə təxliyə olunub.

Yanğınsöndürmə işinə 20 ədəd əsas texnika, 3 ədəd xüsusi texnika və 58 nəfər cəlb olunub.

"Astana beynəlxalq aerportu uçuş reyslərini qəbul etməyə davam edir. Lakin aeroportdan 18 reysin uçuşu ləngiyir. Gecikən reyslərin dəqiq uçuş vaxtı hələlik məlum deyil", - deyə aeroportun mətbuat xidməti bildirib.

Qeyd olunub ki, yanğın söndürüldükdən sonra T2 daxili reyslər terminalı istifadəyə verilib. Daxili reyslər terminalında sərnişinlərin qeydiyyatı açıqdır. Həmçinin, beynəlxalq reyslər terminalının bərpası üzrə işlər görülür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti