...

KTMT özünü söndürüb - Ermənistan parlamentinin spikeri

Dünya xəbərləri Materials 27 Fevral 2024 14:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) özünü söndürüb və fəaliyyət göstərmir.

Trend xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.

"Baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı açıqlamasını xatırladan Simonyan təşkilata sual ünvanladıqlarını, lakin bu sualların cavabsız qaldığını deyib.

"Biz KTMT-yə sual verdik ki, onun məsuliyyət zonası hansıdır? Lakin hələlik bu suala cavab yoxdur, KTMT özünü "söndürüb" və fəaliyyət göstərmir", - deyə Simonyan bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın "France 24" telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti