...

Braziliyada bir milyondan çox insan denge qızdırmasına yoluxub

Dünya xəbərləri Materials 2 Mart 2024 05:20 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ümumilikdə bir milyondan çox insan denge qızdırmasına yoluxub.

Trend xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin hesabatına görə, denge qızdırması xəstəliyindən 214 təsdiqlənmiş ölüm hadisəsi qeydə alınıb, daha 687 ölüm faktı isə araşdırılır. Hazırda Cənubi Amerika ölkəsində hər 100 min nəfərdən 501-nin bu xəstəliyə yoluxduğu bildirilir.

Səhiyyə naziri Nisia Trindade bu il Braziliyada denge qızdırmasına yoluxma hallarının 2023-cü ildəki göstəricidən iki dəfə çox ola biləcəyini deyib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2009-cu ildən bəri bu xəstəliyə yoluxma halları kəskin şəkildə artıb. Dünya əhalisinin yarısının denge qızdırmasına yoluxma riskinin olduğunu bildirən ÜST bunun çox ciddi problemə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti