Bakı. Trend:
ABŞ Qəzza zolağının sakinləri üçün ilk dəfə hava yolu humanitar yardımı çatdırıb.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.
"İki ABŞ rəsmisinin sözlərinə görə, ABŞ Qəzzaya hava yolu ilə humanitar yardım göndərməyə başlayıb", - deyə telekanalı bildirib.
Qeyd olunub ki, yüklərin çatdırılması üçün ABŞ-ın üç "C-130 Hercules" hərbi nəqliyyat təyyarəsi istifadə edilib, onların hər biri 22 blok ərzaq çatdırıb.