Astana. Trend:
Qazaxıstanın Almatı şəhərində zəlzələ 5 bal gücündə hiss edilib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Zəlzələnin episentri Qazaxıstan ərazisində, Almatı şəhərindən 31 kilometr cənubda yerləşib. Zəlzələnin enerji sinfi 13.2, MPV maqnitudası 6.1, dərinliyi isə 10 km olub. Hiss olunma dərəcəsi barədə məlumatlar (MSK-64 şkalası üzrə): Almatı üzrə 5 bal olub", - deyə nazirlikdən bildiriblər.
Almatı şəhərinin Fövqəladə Hallar Departamentindən isə qeyd edilib ki, şəhərdə operativ qərargah fəaliyyət göstərir.
Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatlarına əsasən, bu gün yerli vaxtla saat 11:22-də Qazaxıstanın Almatı şəhəri yaxınlığında 5,3 maqnitudalı zəlzələ baş verib.
(Tərcümə: Rəna Əbdürəhmanova)
