Bakı. Trend:
Bu gün NATO Avropanın şimalında "Nordic Response 24" adlı irimiqyaslı hərbi təlimlərə başlayır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Nordic Response" təlimləri suda, quruda və havada keçiriləcək.
Təlimlərdə 14 ölkədən 20 minə yaxın hərbçi iştirak edəcək.
Təlimlər Norveçin rəhbərliyi altında keçirilir və ilk dəfədir ki, Finlandiya NATO-nun birgə müdafiə təlimlərində iştirak edir. Təlimlərdə Finlandiyadan 4100 hərbçi qatılacaq.
Xatırladaq ki, yanvarın 24-də NATO-nun "Steadfast Defender" təlimləri başlayıb. İttifaqın son onillik ərzindəki ən böyük təlimi olan "Steadfast Defender" bu il yazın sonunadək davam edəcək.
