...

ABŞ husilərin iki gəmi əleyhinə raketini vurub

Dünya xəbərləri Materials 5 Mart 2024 10:44 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ "Ənsar Allah" hərəkatının iki gəmi əleyhinə raketini vurub.

Trend xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, CENTCOM ABŞ-nin ticarət gəmiləri və Hərbi Dəniz Qüvvələri üçün birbaşa təhdid törədən iki gəmi əleyhinə raketə zərbələr endirib.

Xatırladaq ki, martın 1-də ABŞ hərbçiləri husilərin gəmi əleyhinə raketlərinə iki zərbə endirib.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı husilərin altı gəmi əleyhinə qanadlı raketlərinə iki zərbə endirib. Gəmilərin Qırmızı dəniz istiqamətində buraxılmağa hazır olduğu qeyd olunub.

Bundan başqa, CENTCOM-un Qırmızı dənizin cənub hissəsinin üzərində pilotsuz uçuş aparatını vurduğu bildirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti