...

Putin Rafael Qrossi ilə görüşüb

Dünya xəbərləri Materials 6 Mart 2024 18:08 (UTC +04:00)
Putin Rafael Qrossi ilə görüşüb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Soçidə səfərdə olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, görüşdə Zaporojye atom elektrik stansiyasının ərazisində (AES) baş verən yanğın müzakirə olunub.

Qrossi xarici KİV-ə müsahibəsində Rusiya ilə dialoqu dəstəkləməyin çox vacib olduğunu bildirib. Ərazinin hərbi əməliyyatlar zonası olduğunu bildirən BAEA-nın baş direktoru AES-in uzun müddətdir işləmədiyini və bu səbəbdən təhlükəsizliyinin bir neçə dəfə qiymətləndirilməli olduğunu əlavə edib.

Qeyd edək ki, martın 4-də Ukraynanın Enerqodardakı Zaporojye atom elektrik stansiyasının ərazisində (AES) yanğın baş verib. Bununla əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinə müraciət edib.

Ukrayna Prezidenti bu cür hücumların Çernobılda yaşanan faciəni təkrarlaya biləcəyi barədə xəbərdarlıq edib: "Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti