...

Türkiyədə 13 mindən çox tarixi əsər ələ keçirilib

Dünya xəbərləri Materials 9 Mart 2024 03:42 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Aksaray vilayətində 13 mindən çox tarixi əsər ələ keçirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, əməliyyat zamanı iki şübhəli şəxs saxlanılıb.

Jandarma Komandirliyi qrupları xəbərdarlıq üzərinə şəhərdəki mühafizə məntəqəsində bir avtomobili dayandırıb.

Avtomobildə aparılan axtarış zamanı Roma və Bizans dövrünə aid olduğu güman edilən 650 əşya, 110 üzük və 13 min 949 sikkə ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti