...

ABŞ qüvvələri husilərin iyirmidən çox PUA-nı vurub

Dünya xəbərləri Materials 10 Mart 2024 01:51 (UTC +04:00)
ABŞ qüvvələri husilərin iyirmidən çox PUA-nı vurub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Mərkəzi Komandanlığı son 24 saat ərzində Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatının ən azı 28 pilotsuz uçuş aparatının (PUA) Qırmızı dəniz bölgəsində vurulduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə komandalağının "X" sosial şəbəkəsindəki səhifəsində bidirilib.

"ABŞ və koalisiya Qırmızı dəniz bölgəsində husilərin hücumunu dəf edə bilib. Sonrakı səhər döyüşləri zamanı ABŞ və koalisiya qüvvələri martın 9-da saat 04:00-dan 20:20-dək azı 28 pilotsuz uçuş aparatını uğurla vurub", - deyə qeyd olunub.

Həmçinin qeyd olunub ki, hücum nəticəsində ABŞ və ya koalisiyaya aid heç bir gəmi zərər görməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti