...

ABŞ hərbçiləri husilərin mövqelərinə zərbə endirib

Dünya xəbərləri Materials 17 Mart 2024 07:42 (UTC +04:00)
ABŞ hərbçiləri husilərin mövqelərinə zərbə endirib

Bakı. Trend:

ABŞ hərbçiləri Yəməndə husilərin mövqelərinə növbəti dəfə zərbə endirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilir ki, zərbə nəticəsində husilərə məxsus beş sualtı dron və bir PUA məhv edilib. Sıradan çıxarılan hərbi texnika ABŞ donanması üçün təhlükə yaradırdı.

Mərkəzi Komandanlıq əlavə edib ki, husilərin Yəmən ərazisindən Qırmızı dəniz istiqamətində atdığı raketlərdən biri zərərsizləşdirilib, digəri isə suya düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti