...

Paşinyan NATO ilə əməkdaşlığın inkişafında maraqlıdır

Dünya xəbərləri Materials 19 Mart 2024 16:30 (UTC +04:00)
Paşinyan NATO ilə əməkdaşlığın inkişafında maraqlıdır
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan NATO ilə əməkdaşlığın inkişafında maraqlıdır.

Trend xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan NATO baş katibi Yens Stoltenberq ilə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NATO baş katibinin Ermənistana ilk səfəri əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkandır.

"Biz mövcud siyasi dialoqun inkişafında və həm blok ilə, həm də ayrı-ayrı üzv dövlətlərlə tərəfdaşlığın genişləndirilməsində maraqlıyıq. Ümid edirik ki, yeni Ermənistan-NATO əməkdaşlıq formatı: "İndividual adaptasiya olunmuş tərəfdaşlıq" proqramı yaxın zamanda təsdiqlənəcək", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistan səfərindən əvvəl, martın 17-də ilk dəfə Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Baş katib Yens Stoltenberqin Azərbaycana səfəri martın 18-də başa çatıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti