...

Moskvada törədilən terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb

Dünya xəbərləri Materials 23 Mart 2024 11:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada törədilən terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn deyib.

"İlkin məlumata görə, şübhəlilərin hərəkət etdiyi "Renault" avtomobili gecə Bryansk vilayəti, Karaçin rayonu, Xatsun kəndi yaxınlığında aşkarlanıb. Avtomobil hüquq-mühafizə orqanlarının tələbi üzrə dayanmadı və gizlənməyə çalışdı", - deyə o "Telegram" kanalında yazıb.

Xinşteyn əlavə edib ki, təqib nəticəsində atışma olub və avtomobil aşıb:

"Terrorçulardan biri yerində saxlanıldı, digərləri meşədə gizləndilər. Axtarışlar nəticəsində təqribən saat 03:50-də ikinci şübhəli aşkarlanaraq saxlanılıb. Digərlərinin axtarışı davam edir. Əməliyyata bütün hüquq-mühafizə orqanları cəlb olunub. "Renault" avtromobilinə baxış nəticəsində "Makarov" tapançası (PM), təkmilləşdirilmiş "Kalaşnikov" avtomatı (AKM) üçün maqazin və Tacikistan vətəndaşlarının pasportları aşkarlanıb".

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti