...

Moskvada törədilən terror aktı ilə bağlı Kuzbasda üç günlük matəm elan olundu

Dünya xəbərləri Materials 23 Mart 2024 15:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada törədilən terror aktı ilə əlaqədar olaraq Kemerovo vilayətində üç günlük matəm elan olunub.

Trend-in xəbərinə görə, bu barədə Kuzbas qubernatoru Sergey Tsivilevin "Telegram" kanalında məlumat verilib.

"Moskva vilayətində baş verən faciə ilə əlaqədar olaraq qubernator Sergey Tsivilev Kuzbasda 23, 24 və 25 mart tarixlərini matəm günləri elan edib. Bölgədə bütün mədəni, idman və digər kütləvi tədbirlər, eləcə də, radio və televiziyada əyləncəli verilişlər təxirə salınır", - məlumatda deyilir.

Terror aktı nəticəsində həlak olanlarla bağlı həmrəylik və hüzn əlaməti olaraq dövlət və bələdiyyə orqanlarının binalarında bayraqlar yarıya qədər endirilib.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.

İlkin məlumata görə, "Crocus City Hall"da insanların ölüm səbəbləri odlu silahdan açılan atəş və yanma məhsulları ilə zəhərlənmə olub. Terrorçular "Crocus City Hall"da zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər.

Terrorçular əvvəlcə hücum zamanı avtomat silahdan istifadə ediblər, silah istintaq əməkdaşları tərəfindən aşkarlanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti