...

Fransada ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib

Dünya xəbərləri Materials 25 Mart 2024 01:38 (UTC +04:00)
Fransada ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa hakimiyyəti ölkədə ən yüksək terror təhlükəsi səviyyəsini elan edib.

Trend-in məlumatına görə, bu barədə Fransanın Baş naziri Qabriel Attal deyib.

Onun sözlərinə görə, bu qərar Rusiyada "Crocus City Hall"da baş verən terror aktı ilə əlaqədar Yelisey sarayında təşkil edilən Milli Müdafiə Şurasının iclasından sonra verilib.

O bildirib ki, "İslam Dövləti" terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünə görə, həmçinin ölkənin üzləşdiyi təhdidləri nəzərə alaraq, terror təhlükəsi səviyyəsinin yüksəldilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti