...

ABŞ-da körpünün uçması 6 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 27 Mart 2024 03:53 (UTC +04:00)
ABŞ-da körpünün uçması 6 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

ABŞ-ın şərqində yerləşən Baltimor şəhərində körpünün uçması nəticəsində azı 6 nəfərin öldüyü güman edilir.

Trend-in məlumatına görə, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Məlumata görə, qəzadan bir nəfər sağ çıxıb.

Qeyd edək ki, ötən gün Baltimorda Sinqapur bayrağı altında üzən gəmi Frensis Skott körpüsünə çırpılıb. Körpünün çökməsi nəticəsində bir neçə avtomobil metal konstruksiya ilə birlikdə suya düşüb. Merilend ştatının qubernatoru Ues Mur bölgədə fövqəladə vəziyyət elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti