...

İran, Çin və Rusiyanın birgə təlimləri digər ölkələrə qarşı yönəlməyib - Nazirlik

Dünya xəbərləri Materials 28 Mart 2024 19:29 (UTC +04:00)
İran, Çin və Rusiyanın birgə təlimləri digər ölkələrə qarşı yönəlməyib - Nazirlik
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran, Çin və Rusiyanın Oman körfəzində keçirilən birgə təlimləri digər ölkələrə qarşı yönəlməyib.

Trend xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Tsyan brifinqdə deyib.

"Bu təlimlər hər hansı konkret ölkəyə qarşı yönəlməyib və regional vəziyyətlə əlaqəsi yoxdur" - o deyib.

Nazirlik nümayəndəsi Çin, İran və Rusiyanın bundan əvvəl də əməkdaşlığın möhkəmləndirilməsi və hər üç ölkənin hərbi dəniz qüvvələri arasında mübadilənin aparılması, eləcə də regional dəniz təhlükəsizliyinin birgə təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edən birgə təlimlər keçirdiyini bildirib.

Qeyd edək ki, "Dəniz təhlükəsizlik kəməri 2024" adlı hərbi-dəniz təlimləri 2018-ci ildən etibarən 6-cı dəfədir keçirilir. Təlimlərdə daimi əsasda Rusiya, İran və Çinin hərbi-dəniz qüvvələri iştirak edir.

Təlimlərin keçirilməsində məqsəd regionda təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq dəniz ticarətinin mühafizəsi, piratlıq və terrorizmlə mübarizə, dəniz əməliyyatlarının keçirilməsi sahəsində operativ və taktiki təcrübənin mübadiləsidir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti