...

Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində Paşinyanın xahişi ilə yerləşdirilib - Səfir

Dünya xəbərləri Materials 30 Mart 2024 11:44 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində Paşinyanın xahişi ilə yerləşdirilib.

Trend TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə Azərbaycanla sərhəddə müşahidə postlarının yerləşdirilməsini şəxsən xahiş edib.

Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Ermənistanın suverenliyinin yeganə real təminatının ölkədə Rusiya Federasiyasının 102-ci hərbi bazasının və rus sərhədçilərinin mövcudluğu olduğunu bildirib.

Rusiya XİN Ermənistan tərəfinin təhlükəsizliklə bağlı təkliflərini məntiqə zidd adlandırıb.

"Onların Ermənistandan çıxarılmasının ölkənin hərbi potensialını necəsə möhkəmləndirəcəyi təhlükəli demaqoqiyadır", - deyə Rusiya XİN bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti