Bakı. Trend:
Qəzza zolağı üçün 400 ton ərzaq daşıyan gəmi şənbə günü Kiprdən yola düşüb.
Trend-in məlumatına görə, bu barədə Avropa KİV-ləri xəbər verib.
Məlumata əsasən, yük gəmisi Larnaka limanını tərk edib və xüsusi dəniz humanitar dəhlizi ilə Qəzzəyə gedəcək. Bu dəhliz İsrail hakimiyyət orqanları ilə razılaşdırılaraq yaradılıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.