Bakı. Trend:
Saharadan İsveçrəyə külək ilə qum tozu gəlib.
Trend-in məlumatına görə, bu barədə İsveçrənin "24heures" portalı xəbər verib.
Ümumilikdə, ekspertlərin fikrincə, söhbət Şimali Afrikadan gələn 180 min ton qum tozunun incə hissəciklərindən gedir.
İsveçrə mediası qeyd edib ki, əksər hallarda bu hadisə insanların sağlamlığına ciddi təsir göstərmir.
İsveçrənin "MeteoSuisse" meteoroloji xidməti "X" sosial şəbəkəsində bildirib ki, ölkədə görünüş və günəş işığının səviyyəsi aşağı düşüb.