...

Peşman edəcəyik - İranın Ali Lideri İsraili hədələdi

Dünya xəbərləri Materials 2 Aprel 2024 14:28 (UTC +04:00)
Peşman edəcəyik - İranın Ali Lideri İsraili hədələdi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsraili İranın Dəməşqdəki konsulluğuna hücuma və buna bənzər hücuma görə peşman edəcəyik.

Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Seyid Əli Xamenei müraciətində bildirib.

İranın Ali Lideri İranın igid övladlarının İsraili cəzalandıracağını deyib.

Qeyd edək ki, bundan öncə İran prezidenti İbrahim Rəisi də İsrail HHQ-nin İranın Dəməşqdəki konsulluğuna qarşı hücumu cavabsız qalmayacağını bildirib.

Xatırladaq ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 11 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.

Xəbər lenti

Xəbər lenti