...

"F-16" qırıcıları Rusiyaya qarşı "gümüş güllə" ola bilməz - NATO Baş katibi

Dünya xəbərləri Materials 5 Aprel 2024 18:00 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"F-16" qırıcıları Ukrayna üçün Rusiya ordusuna qarşı "gümüş güllə" ola bilməz.

Trend xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq "Bild" qəzetinə müsahibəsində deyib.

"Döyüş meydanında bir sistem vəziyyəti dəyişə bilər. Bu bütün müharibəni dəyişə biləcək "gümüş güllə" deyil", - o deyib.

Stoltenberq, bununla belə, pilotların təlimi və "F-16" qırıcılarının tədarükünün NATO tərəfdaşları tərəfindən Ukrayna üçün mühüm yardımın daha bir nümunəsi olduğunu əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti