...

ABŞ, Yaponiya və Filippin regional tərəfdaşlığı gücləndirəcəklər

Dünya xəbərləri Materials 12 Aprel 2024 06:48 (UTC +04:00)
ABŞ, Yaponiya və Filippin regional tərəfdaşlığı gücləndirəcəklər

Bakı. Trend:

ABŞ, Yaponiya və Filippin liderləri Co Bayden, Fumio Kişida və kiçik Ferdinand Markos naviqasiya və uçuş azadlığına sadiq olduqlarını, habelə eksklüziv iqtisadi zonaları daxilində dövlətlərin suveren hüquqlarına hörmət edilməsinin vacibliyini vurğulayıblar.

Trend-in məlumatına görə, bu barədə Vaşinqtonda keçirilən danışıqların yekunlarına dair bəyanatda deyilib.

Qeyd olunub ki, ölkələr Çinin bölgədəki addımlarından, xüsusən də Şərqi Çin dənizindəki vəziyyətdən narahatdırlar.

"Biz ÇXR-in Şərqi Çin dənizində güc və ya məcburiyyət yolu ilə status-kvonu birtərəfli qaydada dəyişdirmək cəhdinə qarşı qəti etirazımızı bir daha bildiririk", - deyə dövlət başçıları qeyd ediblər.

Bəyanatda ABŞ, Yaponiya və Filippinin Tayvanla bağlı əsas mövqelərinin dəyişmədiyi, liderlərin həmçinin Tayvan boğazı ilə bağlı məsələlərin sülh yolu ilə həllinə çağırış edildiyi bildirilib.

Qeyd olunub ki, Vaşinqton, Tokio və Manila üçtərəfli müdafiə əməkdaşlığını, o cümlədən “üç ölkəmiz və əlavə tərəfdaşlarımız arasında birgə hərbi dəniz məşqləri və təlimlər vasitəsilə” inkişaf etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti