...

İran regionda gərginliyi artırmaq niyyətində deyil - Rəsmi Tehran

Dünya xəbərləri Materials 15 Aprel 2024 12:25 (UTC +04:00)
İran regionda gərginliyi artırmaq niyyətində deyil - Rəsmi Tehran
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran regionda gərginliyi artırmaq niyyətində deyil, beynəlxalq qanunlar və normalara sadiqdir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün (15 aprel) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın İsrailə hücumu zəruri və münasib idi, hərbi obyektlər hədəf alındı.

Kənani əlavə edib ki, İranın İsrailin bəzi hərbi məqsədlərinə hücumu BMT əsasnaməsinin 51-ci maddəsində qeyd olunan qanuni müdafiənin tətbiq olunması və İsrailin İranın diplomatik missiyasına hücumuna cavab olaraq həyata keçirilib.

“Ölkələr, o cümlədən, ABŞ-nin İranın məntiqli və məsuliyyətli reaksiyasını və regionun təhlükəsizliyi və stabilliyinin qorunmasını diqqət mərkəzində saxlayacaqları gözlənilir”, - deyə o qeyd edib.

Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. 14 apreldə isə İran buna cavab olaraq İsrailə onlarla raket və PUA atdığını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti