...

Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni qəbul edib

Dünya xəbərləri Materials 20 Aprel 2024 21:55 (UTC +04:00)
Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni qəbul edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstinin "HƏMAS" hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

Məlumata əsasən, görüşdə İsrailin Fələstin torpaqlarına, xüsusilə də Qəzza zolağına hücumları, Fələstin anklavına humanitar yardımın adekvat və fasiləsiz çatdırılmasını təmin etmək üçün atılan addımlar, eləcə də bölgədə ədalətli və davamlı sülh prosesi ilə bağlı məsələlər müzakirə edilib.

Görüş zamanı R.T.Ərdoğan Türkiyənin beynəlxalq diqqəti fələstinlilərə edilən zülmə cəlb etmək üçün diplomatik səylərini davam etdirdiyini bildirib.

O qeyd edib ki, regional sülhün açarı olan müstəqil Fələstin dövlətinin yaradılması və bölgədə daimi sülhün bərqərar olması üçün hər cür səy göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti