Bakı. Trend:
Rusiyalı reper “Oxxxymiron” (Oksimiron, əsl adı - Miron Fyodorov) axtarışa verilib.
Trend xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında xəbər verilib.
Hüquq-mühafizə orqanlarının yerli mediaya açıqlamasına görə ifaçıya qarşı Rusiyanın xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında Sankt-Peterburqun Oktyabr Rayon Məhkəməsi “Oxxxymiron”un treklərindən birinin Rusiyada yayılmasına qadağa qoyub. Musiqi əsərində Rusiyanın ərazi bütövlüyünün pozulması ilə nəticələnə biləcək hərəkətə çağırışlar müəyyən edilib.