Bakı. Trend:
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə dəyəri 1 milyard dollardan çox olan yeni silahların verilməsi təklifi üzərində işləyir.
Trend-in məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Məlumata görə, buna 700 milyon dollarlıq tank sursatları, 500 milyon dollarlıq taktiki maşınlar və 60 milyon dollarlıq minaatan mərmiləri daxildir.
Nəşrin qeyd etdiyi kimi, silah tədarükünü davam etdirmək qərarı Baydenin İsrail hakimiyyəti ilə fikir ayrılıqlarını dərinləşdirmək istəmədiyini vurğulayır.