...

Tehranda xarici ölkə rəsmilərinin İran prezidenti ilə vida mərasimi başa çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 22 May 2024 17:44 (UTC +04:00)
Tehranda xarici ölkə rəsmilərinin İran prezidenti ilə vida mərasimi başa çatıb (YENİLƏNİB)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Tehranda keçirilən xarici ölkə rəsmilərinin İran prezidenti İbrahim Rəisi və onunla birlikdə helikopter qəzasında həlak olanlarla vida mərasimi başa çatıb.

Trend-in məlumatına görə, vida mərasimində müxtəlif ölkələrin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, nazir müavinləri, parlament sədrləri, xüsusi nümayəndələri, regional və beynəlxalq təşkilatların rəsmiləri iştirak ediblər.

İran prezidenti ilə vida mərasimində 68 yüksək səviyyəli rəsmi iştirak edib.

Xarici ölkələrin rəsmiləri İran prezidenti və onunla birlikdə həlak olanlarla əlaqədar İran prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxber, xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqeri Kəniyə başsağlığı veriblər.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

xxx

15:24

İranın paytaxtı Tehranda xarici ölkə rəsmilərinin İran prezidenti İbrahim Rəisi və onunla birlikdə helikopter qəzasında həlak olanlarla vida mərasimi keiçirilir.

Trend-in İran KİV-lərinə istinadən məlumatına görə, vida mərasimində təxminən 60 nümayəndə heyəti iştirak edir.

Nümayəndə heyətlərinə ölkələrin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri və sairə başçılıq edir.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti