Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı bildirib ki, İsraillə danışıqlara qayıtmayacaq.
Trend-in məlumatına görə, bu barədə "Al Mayadeen" televiziya kanalı mənbələrə istinadən bildirib.
Məlumata əsasən, HƏMAS "İsrailin razılığı eldə etməkdə ciddi yanaşmadığını hesab edir".
Bundan əvvəl İsrail hakimiyyətinin ABŞ və Qətərlə Fələstinin "HƏMAS" qruplaşması ilə danışıqları bərpa etmək barədə razılığa gəldiyi bildirilib. Danışıqlar prosesinin gələn həftə başlayacağı gözlənilirdi.