Bakı. Trend:
Rusiya Talibanı qadağan olunmuş təşkilatlar sırasından çıxara bilər.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov məlumat yayıb.
Onun sözlərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi prezident Vladimir Putinə bildiriblər.
Kabulov bildirib ki, Rusiya XİN Talibanın qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması ehtimalını müsbət olaraq qiymətləndirib.
"Bu mütləqdir. Bu olmadan tanımaq barədə danışmaq tezdir. Bu səbəbdən məsələ hazırda işlənilir. Bütün mülahizələr Rusiya ali rəhbərliyinə məruzə olunub. Qərar qəbul edilməsini gözləyirik", - deyə Rusiya XİN rəsmisi bildirib.
Bundan başqa, Kabulov Rusiyanın Peterburq İqtisadi Forumunun iştirakçıları arasında talibləri də görmək istədiyini əlavə edib.