...

Çin İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək

Dünya xəbərləri Materials 31 May 2024 08:39 (UTC +04:00)

Bakı. Trend:

Çin İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında iştirak etməyəcəyini təsdiqləyib.

Trend--in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.

Onların sözlərinə görə, Pekin təklifi rədd edib, çünki onun iştirak şərtləri, o cümlədən Rusiyanın iştirakı təmin olunmayıb.

Mənbələrə əsasən, Çin bu həftə diplomatlara bildirib ki, yerinə yetirilməmiş şərtlər arasında konfransın həm Ukrayna, həm də Rusiya tərəfindən tanınması, onların orada bərabər şəkildə iştirak etməsi və bütün təkliflərin ədalətli müzakirəsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti