...

Yəmən husiləri ABŞ təyyarədaşıyıcısına hücum ediblər

Dünya xəbərləri Materials 2 İyun 2024 07:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmən husiləri yenidən ABŞ Hərbi Dəniz Qüvvələrinin "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə və həmçinin Amerika esminesinə hücum edib.

Trend-in məlumatına görə, bu barədə qruplaşmanın hərbi sözçüsü Yəhya Sari bildirib.

Bildirilib ki, ABŞ-ın "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə "çoxlu raketlər və pilotsuz uçuş aparatları ilə Qırmızı dənizin şimalında zərbələr endirilib". O, bunun "son 24 saatda təyyarədaşıyan gəmiyə qarşı ikinci əməliyyat olduğunu" vurğulayıb.

Onun sözlərinə görə, husilər, həmçinin ABŞ-ın Qırmızı dənizdə esmines və "Abliani" və "Maina" ticarət gəmilərinə, eləcə də Hind okeanında "Aloraiq" gəmisinə qarşı əməliyyatlar keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti