...

Şimali İraq və Suriyada 16 terrorçu zərərsizləşdirilib – Türkiyə MN

Dünya xəbərləri Materials 2 İyun 2024 17:56 (UTC +04:00)

Bakı. Trend:

Şimali İraq və Suriyada 16 terrorçu zərərsizləşdirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) bildirib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Hakurk və Metina bölgələrində 14, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 2 PKK/YPG terrorçusunu zərərsizləşdirdiyi qeyd edilib.

“Terrorun mənbəyində məhv edilməsi üçün əməliyyatlar əzm və qətiyyətlə davam etdiriləcək” – deyə nazirlik vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti