Bakı. Trend:
Danimarkanın Baş naziri Mette Frederiksen iyunun 7-də axşam saatlarında Kopenhagendə məruz qaldığı hücum zamanı boynundan yüngül zərbə alıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, insidentlə əlaqədar Frederiksen planlaşdırılan bir neçə tədbiri ləğv etmək məcburiyyətində qalıb.
Məlumata görə, hücum edən şəxs saxlanılıb, lakin insidentin motivi barədə heç nə məlum deyil. 39 yaşlı kişinin hadisə ilə bağlı şənbə günü günortadan sonra Frederiksburq Məhkəməsində keçiriləcək məhkəmə iclasına gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, iyunun 7-də naməlum şəxs Danimarkanın baş naziri Mette Frederiksenə hücum edib.
Hökumət başçısı Danimarka paytaxtının Kyultorve meydanında olarkən naməlum kişi yaxınlaşaraq onu vurub.