Bakı. Trend:
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq.
Trend "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, tarix hələ müəyyən edilməyib.
"Bütün bunların təqsirkarı üzvləri Azərbaycanla bizə qarşı müharibə elan etməyi planlaşdıran ittifaqı quranlardır", - o deyib.
Buna cavab olaraq müxalifət fraksiyasının deputatlarından biri belə deyib: "O zaman siz bu ittifaqdan çıxacaqsınız".
"Biz çıxacağıq, siz məni bununla qorxudursunuz? Bizdə hər şey yaxşıdır, biz nə vaxt çıxacağımıza qərar verəcəyik. Necə düşünürsünüz, növbəti addım hansıdır, biz geri qayıda bilərikmi? Narahat olmayın", - Paşinyan deyib.
Qeyd edək ki, bu yaxınlarda Paşinyan KTMT-nin üzv ölkələrin, Rusiya, Ermənistan və digərlərinin ümid edə biləcəyi mexanizm qismində mövcud deyil.
"Bu KTMT-nin reaksiyası və bir sıra üzv ölkələrin bəyanatları ilə əsaslandırılır. Cəmiyyətimiz deyir: siz niyə KTMT-nin üzvü olaraq qalmağa davam edirsiniz? Açıq danışsaq, bu suala cavabım yoxdur", - o deyib.
Bu ilin may ayında isə Ermənistan XİN ölkənin 2024-cü il üzrə KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini açıqlayıb.
"Ermənistan Respublikası KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının "KTMT-nin 2024-cü il üzrə büdcəsi haqqında" 23 noyabr 2023-cü il tarixli qərarına qoşulmaqdan və bu qərarla təşkilatın nəzərdə tutulan fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan kənarda qalacaq, lakin məhdud formatda bu qərarın qəbuluna etiraz etmir", - Ermənistan XİN-in açıqlamasında deyilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)