...

Rusiyadan Gürcüstanla diplomatik münasibətlərin bərpası ilə bağlı məlumatlara REAKSİYA

Dünya xəbərləri Materials 12 İyun 2024 18:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanla diplomatik münasibətlərin bərpası ilə bağlı məlumatlar şayiələrdir.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu cür şayiələr Gürcüstanın müxtəlif müxalifət resursları tərəfindən yayılır.

"Gürcüstan müxalifət resurslarının tirajladığı müxtəlif yalan xəbərləri şərh etməyin mənası yoxdur", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Gürcüstanın "Mtavari" telekanalı Rusiya və Gürcüstan hökumətlərinin diplomatik münasibətlərin bərpası üçün fəal işə başladığını bəyan edib. Portal, həmçinin, iddia edib ki, tərəflər hazırda Moskvada səfirlik açmaq barədə razılığa gəliblər və bunun üçün artıq işçilərin işə qəbulu aparılır.

Xatırladaq ki, Gürcüstan Moskva ilə diplomatik münasibətləri 2008-ci ildə kəsib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti