...

İsrail Qəzza zolağının cənubunda hərbi əməliyyatları dayandırıb

Dünya xəbərləri Materials 16 İyun 2024 09:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağının cənubundakı döyüşlərdə taktiki fasilə verildiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "АВС" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hərbçilər bildiriblər ki, Rafah bölgəsində fasilə hər gün yerli vaxtla səhər saat 8-dən axşam saat 7-yə qədər növbəti xəbərdarlığa qədər qüvvədə olacaq.

Fasilə verilməsində məqsəd humanitar yardım daşıyan yük maşınlarının "Kerem-Şalom" keçid məntəqəsindən keçməsini təmin etməkdir.

Qeyd olunub ki, İsrail tərəfi BMT və beynəlxalq yardım agentlikləri ilə fasilənin tətbiqi ilə bağlı razılığa gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti