...

ABŞ-da atışma olub, ölənlər var

Dünya xəbərləri Materials 17 İyun 2024 04:12 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Texas ştatının Raund-Rok şəhərində konsert zamanı atışma baş verib, azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, konsertdə iki tamaşaçı qrupu arasında dava düşüb və kimsə atəş açıb. Nəticədə bu mübahisədə iştirak etməyən şəxslər həlak olublar.

Həkimlər yaralılara ilkin tibbi yardım göstəriblər və onlar xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti