Bakı. Trend:
Boliviyada hərbi çevrilişə cəhd olub.
Trend-in məlumatına görə, bu barədə ölkənin vitse-prezidenti David Çokeuanka bildirib.
"Beynəlxalq ictimaiyyətin nəzərinə çatdırırıq ki, demokratik yolla seçilmiş hökumətimizə qarşı dövlət çevrilişinə cəhd edilir", - deyə o qeyd edib.
Boliviya prezidenti Luis Arse hərbçilərin hakimiyyəti ələ keçirməsinə icazə verməyəcəyini bildirib:
Prezidentin sözlərinə görə, Boliviya hakimiyyəti “çevriliş cəhdlərinə və demokratiyamıza zərər vurmaq cəhdlərinə müqavimət göstərməkdə qəti qərarlıdır”.