Bakı. Trend:
Sabah İranda keçiriləcək növbədənkənar prezident seçkilərinin namizədlərindən Əmir Hüseyn Qazizadə Haşemi prezidentliyə namizədliyini geri götürüb.
Trend-in məlumatına görə, Qazizadə Haşemi özünün “X” sosial şəbəkəsindəki hesabında bu haqda məlumat paylaşıb.
Qazizadə Haşemi “Mühafizəkarlar” düşərgəsinin 3 namizədinin (Məhəmməd Baqir Qalibaf, Səid Cəlili və Əlirza Zakani) xeyrinə namizədliyini geri götürdüyünü açıqlayıb.
Qeyd edək ki, sabah keçiriləcək prezident seçkilərində 5 namizəd - Məsud Pezeşkian, Məhəmməd Baqir Qalibaf, Səid Cəlili, Mustafa Purməhəmmədi, Əlirza Zakani - mübarizə aparacaq.
Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.