Bakı. Trend:
Mavritaniya Sahil Mühafizə Xidmətinin əməkdaşları Atlantik okeanında batmış qayıqdan 89 miqrantın cəsədini çıxarıblar.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, xilasetmə əməliyyatı zamanı 5 yaşlı qız da daxil olmaqla 9 nəfər xilas edilib, lakin onlarla insan itkin düşüb. Sağ qalanların dediyinə görə, ənənəvi balıqçı qayığı olan kiçi gəmi keçən həftə göyərtəsində 170 nəfərin olduğu Seneqal-Qambiya sərhəd bölgəsindən yola düşüb və Mavritaniyanın cənub-qərb sahillərində batıb.
Mavritaniya Qərbi Afrikadan Avropaya çatmağa çalışan miqrantlar üçün əsas tranzit nöqtəsidir. Keçən il bu ölkədən minlərlə qayıq yola düşüb.