Bakı. Trend:
Ermənistanın Kotayk vilayətinin Yeqvard şəhəri yaxınlığında “An-2” təyyarəsi qəzaya uğrayıb, iki nəfər həlak olub.
Trend Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yerinə çevik qrup cəlb edilib.