...

Türkiyə ordusu Şimali İraq və Suriyada 16 terrorçusunu məhv edib

Dünya xəbərləri Materials 28 İyul 2024 15:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ordusu Suriya və İraqın şimalında PKK terror təşkilatının 16 silahlısını məhv edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində bildirib.

"İraqın şimalındakı Asos, Hakurk və Qara bölgələrində 11 terrorçu məhv edilib, Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı bölgəsində 5 terrorçu məhv edilib", - nazirlik qeyd edib.

Məlumata əsasən, Türkiyə ordusu bir həftə ərzində Şimali İraq və Suriyada 100-dən çox kürd yaraqlısını məhv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti