...

BƏƏ viza rejimini pozan şəxslər üçün amnistiya elan edib

Dünya xəbərləri Materials 2 Avqust 2024 02:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sentyabrın 1-dən etibarən iki ay müddətində "statuslarını nizamlamaq" və ya cərimələrdən yayınaraq ölkəni tərk etmək imkanı verən viza rejimi pozanlar üçün cəzanın təxirə salınması barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

"İdentifikasiya, vətəndaşlıq, gömrük və liman Federal Təhlükəsizliyi İdarəsi viza rejimini pozan sakinlər üçün 1 sentyabr 2024-cü ildən başlayaraq iki aylıq güzəşt müddəti təyin edib. Bu müddət ərzində qanun pozucuları statuslarını həll edə və ya cərimə olmadan ölkəni tərk edə biləcəklər", - hökumətin mətbuat xidməti bildirib.

Mövcud qanunvericiliyə görə, BƏƏ sakinlərinə viza ləğv edildikdən və ya müddəti bitdikdən sonra ölkəni tərk etmək və ya statuslarını dəyişdirmək üçün altı ay vaxt verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti