...

Husilər İranın İsrailə mümkün hücumuna qoşula bilər

Dünya xəbərləri Materials 6 Avqust 2024 04:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" qruplaşmasının (husilər) nümayəndəsi İsrailə zərbə endirməkdə iştirak etməyi planlaşdırdıqlarını bildirib.

Trend-in məlumatına görə, bu, HƏMAS lideri İsmayıl Həniyənin Tehranda və Hizbullah komandiri Fuad Şükrün Beyrutda öldürülməsi ilə bağlıdır.

"Newsweek" nəşri bildirib ki, "Ənsar Allah" qruplaşmasının mətbuat katibinin müavini Nəsrəddin Amer qruplaşmanın qarşıdan gələn hücumda iştirakının təfərrüatlarını açıqlamaqdan imtina edib, lakin ciddi planlara işarə edib.

Amer deyib: “Bu müddət ərzində biz az danışıb daha çox hərəkət etməyə üstünlük veririk”. O, həmçinin əlavə edib: “Mən istəyirəm ki, dünya bunu başa düşsün”.

Xəbər lenti

Xəbər lenti