Bakı. Trend:
Rusiya Müdafiə Nazirliyinin yüksək rütrbəli şəxsi həbs edilib.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini general Vladimir Şesterov dələduzluqla həbs edilib.
Ona büdcə vəsaitlərini mənimsəmək ittihamı irəli sürülüb.