...

"YouTube"un keçmiş rəhbəri öldü

Dünya xəbərləri Materials 10 Avqust 2024 14:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“YouTube”un keçmiş CEO-su Suzan Vocitski vəfat edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.

Məlumata görə, o, iki ildir ki müalicə olunduğu ağ ciyər xərçəngindən vəfat edib.

Qeyd edilir ki, Vocitski keçən il açıqlamışdı ki, o ailəsinə, sağlamlığına və digər şəxsi layihələrinə diqqət yetirmək üçün “YouTube”da liderlik rolundan geri çəkilir. Suzan Vocitski doqquz il (2014-2023) “YouTube”un baş direktoru vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti