Bakı. Trend:
Livanın hərbiləşdirilmiş təşkilatı "Hizbullah" paytaxt Beyrutun Dahiyə rayonunda yerləşən qərargahını tamamilə boşaldıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, bununla "Hizbullah" ən pis ssenariyə hazırlaşır və İsraildən qisas almaqda israrlı olduğunu nümayiş etdirir.
Qeyd edilir ki, ötən ay Beyrutda "Hizbullah"ın yüksəksəviyyəli komandiri Fuad Şükrü raket hücumu nəticəsində öldürülüb. "Hizbullah" hücumda İsraili günahlandırıb və Fuad Şükrüyə görə qisas alacağını elan edib.