Bakı. Trend:
Almaniyanın daxili işlər naziri Nensi Fazer, ictimai yerlərdə bıçaqdan istifadənin məhdudlaşdırılmasını və silahla bağlı qanunların sərtləşdirilməsini planlaşdırır.
Trend xəbər verir ki, Almaniyanın “Tagesschau” xəbər portalına istinadən bu planların əsas səbəblərindən biri vağzal ərazilərində bıçaqla hücumların artmasıdır. Hazırda ictimai yerlərdə yalnız altı santimetr uzunluğunda bıçaq daşınmasına icazə verilir. Yalnız alınmış və qapalı qablaşdırmada daşınan məişət bıçaqları bu qaydaya daxil deyil.
Polis məlumatlarına görə, ötən il 8951 bıçaqla hücum hadisəsi qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 5,6 faiz artım deməkdir.
Federal polisin məlumatına görə, Almaniyanın bəzi dəmiryolu vağzallarında ötən il ümumilikdə 777 bıçaqla hücum hadisəsi qeydə alınıb, bu ilin ilk 6 ayında isə artıq 430 belə hadisə baş verib.